
“Dünya çempionatından bu cür ayrılmaq biabırçılıqdır”
Almaniya millisinin sabiq hücumçusu və baş məşqçisi Yurgen Klinsmann yığmanın DÇ-2026-dakı uğursuz çıxışını sərt tənqid edib.
Yulian Naqelsmannın rəhbərlik etdiyi Almaniya millisi dünya çempionatının 1/16 finalında Paraqvay yığmasına 1:1 hesablı heç-heçədən sonra penaltilər seriyasında uduzaraq (3:4), mübarizəni dayandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Klinsmann, komandanın həm oyun ərzində, həm də penaltilər seriyasında hazır görünmədiyini bildirib:
“Belə məğlub olmaq çox məyusedicidir. Komanda 120 dəqiqə ərzində oyuna nəzarət etməyə hazır təsir bağışlamadı. Enerji, qətiyyət və aqressivlik çatışmırdı. Paraqvayın güclü rəqib olduğunu bilirdik və oyunun çətin keçəcəyini gözləyirdik. Elə görünürdü ki, penaltilər seriyasına da hazır deyildik. Bu isə bizim üçün dəlilikdir, çünki adətən penaltiləri sevirik.
Dünya çempionatından bu cür ayrılmaq adamı sarsıdır, bu, biabırçılıqdır. Heç kim bunu gözləmirdi. Bu, dörd il əvvəl Qətərdə və 8 il əvvəl Rusiyada yaşanan uğursuzluqlar qədər dəhşətlidir. Almaniya futbolu dərin böhran yaşayır və hər şeyi ciddi şəkildə müzakirə etməliyik. Təbii ki, bunun nəticələri olacaq”.
Bizi Facebook-da izləyin



