Daha bir futbolçu koronavirusa yoluxdu – “Qalatasaray”da

Türkiyənin “Qalatasaray” klubunun bir futbolçusunda koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Virusa yoluxan futbolçunun adı açıqlanmayıb və o, karantinə alınıb.

“Qalatasaray”da bundan əvvəl üç futbolçuda koronavirus aşkarlanmışdı.

“Qalatasaray” Super Liqada 3-cü sıradadır.