Türkiyə klubunun rəsmiləri “Qarabağ”ı ziyarət etdilər

Türkiyənin “Kayserispor” klubunun prezidenti Berna Gözbaşı və idman direktoru Ali Naibi “Qarabağ” klubunu ziyarət ediblər.

Komanda.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. “Qarabağ” klubunun direktoru Emrah Çelikel Türkiyə millisinin oyununu izləmək üçün Bakıya gələn qonaqlara zaman ayırıb, klubu ziyarət etdikləri üçün onlara təşəkkür edib.

Hər iki qonağa “Qarabağ”ın forması hədiyyə olunub.