Namik Ələskərovla görüş – “Hazır ol!”

Türkiyənin “Bursaspor” komandasının baş məşqçisi Fatih Təkkə azərbaycanlı yarımmüdafiəçi Namik Ələskərovla xüsusi görüş keçirib.

Komanda.az xəbər verir ki, bu barədə “bursaspordabugün.com” saytı məlumat yayıb. Təkkə, görüşdə Namikə növbəti oyun üçün “hazır ol” mesajı verib.

Namikin 1-ci liqanın 6-cı turunda “Tuzlaspor”la keçiriləcək oyunda əsas heyətdə yer alması gözlənilir.

Sabah keçiriləcək “Tuzlaspor” – “Bursaspor” oyunu saat 14:30-da başlayacaq.