Çili millisinin üzvü Türkiyə klubuna keçdi

Türkiyənin “Altay” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Çili milli komandasının üzvü Martin Rodriqesi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı vingerlə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Çili yığmasında 12 oyuna 1 qol vuran Martin son olaraq ölkəsində “Kolo-Kolo”da çıxış edib.