Türkiyə millisinin üzvü “Yuventus”a keçir

“Yuventus” heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Turin təmsilçisi “Sassuolo”dan Merih Demiralı transfer etməyə yaxındır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, “Yuventus”un türk futbolçu ilə 5 millik müqavilə imzalayacağı bildirilir.

“Yuventus” “Alanyaspor”dan 7 milyon avro qarşılığında “Sassuolo”ya keçən Merih üçün 20 milyon avro ödəyəcək.

Türkiyə millisinin də formasını geyinən 21 yaşlı müdafiəçi, bu mövsüm 33 qarşılaşmada iştirak edib və 3 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button