Türkiyə millisinin sabiq hücumçusu İngiltərə klubunda

Türkiyə milli komandasının sabiq üzvü Kolin Kazım-Riçards karyerasını İngiltərədə davam etdirəcək.

Komanda.az xəbər verir ki, 34 yaşlı futbolçu “Derbi Kaunti” klubuna keçib. Bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Kazımla imzalanan müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.

Karyerası ərzində Türkiyədə “Qalatasaray”, “Fənərbaxça”, “Bursaspor”, Yunanıstanda “Olimpiakos”, Niderlandda “Feyenoord”, Fransada “Tuluza” kimi klublarda çıxış edən Kazımın son iş yeri Meksika “Paçuka”sı olub. Hücumçu Türkiyə yığmasında 37 oyunda 2 qol vurub.