Türkiyə millisinin futbolçusu üzr istədi

Türkiyə milli komandasının futbolçusu Çağlar Söyüncü DÇ-2022-nin seçmə mərhələsində Niderlanda 1:6 hesabıyla uduzduqları oyundan sonra “tvitter” hesabında paylaşım edib.

Komanda.az xəbər verir ki, qarşılaşmanın 44-cü dəqiqəsində qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyan müdafiəçi, paylaşımında dostlarından və Türkiyə xalqından üzr istəyib:

“Karyeram boyunca bir daha yaşamaq istəmədiyim bir gecə oldu. Gördüyünüz “qırmızı”ya görə çox məyusam. Bütün komanda yoldaşlarımdan və xalqımdan üzr istəyirəm”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button