Türkiyə klubu baş məşqçisini qovdu

Türkiyənin “Konyaspor” klubunun baş məşqçisi İsmayıl Kartal istefaya göndərilib.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.

60 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. O, 2020-ci ilin sentyabrından Super Liqa təmsilçisinə başçılıq edirdi.

Qeyd edək ki, son turda səfərdə “Beşiktaş”a 0:1 hesabı ilə uduzan “Konyaspor” 22 oyundan sonra 24 xalla 15-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button