Türk futbolçu İngiltərə klubunda ilin oyunçusu seçildi

“Brayton”da ilin futbolçusunun adı məlum olub.

Komanda.az xəbər verir ki, İngiltərə Premyer Liqasında bu ada Türkiyə millisinin müdafiəçisi Fərdi Kadıoğlu layiq görülüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azarkeşlərin səsverməsi zamanı 26 yaşlı müdafiəçi hamını qabaqlayıb.

“Brayton” Kadıoğlunu 2024-cü ildə “Fənərbaxça”dan 30 milyon avro qarşılığında transfer edib. O, bu mövsüm İngiltərə klubunda 41 oyunda 1 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button