
“Turan Tovuz” bu 3 futbolçunu icarəyə göndərməyi planlaşdırır – Qışda
“Turan Tovuz” qış transfer pəncərəsi dövründə üç futbolçusunu icarəyə verməyi düşünür.
Komanda.az-ın əldə etdiyi məlumata görə, hər üç oyunçu yerli futbolçudur. Belə ki, Tovuz klubu komandada o qədər də şans qazanmayan Faiq Hacıyev, Xəyal Nəcəfov və Ayxan Hüseynovu icarəyə göndərməyi planlaşdırır.
Hər üç oyunçunun Azərbaycan Premyer Liqasının turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan və yaxşı günlər keçirməyən “Karvan-Yevlax”a icarəyə veriləcəyi gözlənilir.
“Turan Tovuz” keçirdiyi 13 oyundan sonra 24 xalla Premyer Liqanın 5-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



