Turabov 90 dəqiqə oynadı, komandası ilk xalını qazandı

Futbol üzrə Albaniya çempionatında 2-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun formasını geyindiyi “Biliş” də növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Vlajniya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Eltun da bu görüşün iştirakçısı olub. Start heyətində meydana çıxan Turabov sonadək mübarizə aparıb.

İlk xalını qazanan “Biliş” 2 turdan sonra 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Albaniya klubu Turabovu bu yay “Sabah”dan icarəyə götürüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button