Trampdan azyaşlı qıza məsləhət: “Bəlkə, futbol sənə daha uyğun olar”

ABŞ prezidenti Donald Trump Ağ Evdə uşaqlarla keçirilən görüş zamanı kiçik bir idmançı qızla maraqlı söhbət edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, görüş zamanı Tramp qızdan nə ilə məşğul olduğunu soruşub. Uşaq isə voleybol oynadığını və yayda futbola başlamağı planlaşdırdığını deyib.

Qızın cavabına Tramp belə reaksiya verib:

“Voleybolda topa vurmaq sənin üçün çətindir? Hündürlüyə tullana bilirsən?”

Qızın “yox” cavabından sonra ABŞ prezidenti zarafatla bildirib:

“Bəlkə, futbol sənə daha uyğun olar. Sənə baxanda yaxşı futbolçu ola biləcəyini düşünürəm. Uğurlar!”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button