“Traktor”dan növbəti qələbə

Futbol üzrə İran çempionatında 7-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçiləri “Traktor”la “Maşinsazi” də növbəti matçına çıxıb.

“Traktor” doğma meydanda “Paykan”la qarşılaşıb. Təbriz klubu bu oyundan qələbə ilə ayrılıb – 3:1.

Təbrizin digər təmsilçisi “Maşinsazi” klubu isə bu turda “Saypa” ilə səfər oyununda heç-heçəyə razılaşıb – 0:0.

7 turdan sonra 12 xalı olan “Traktor” 16 kollektiv arasında 3-cü, 2 xala malik “Maşinsazi” isə sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button