“Traktor” doğma meydanda xal itirdi

Futbol üzrə İran çempionatında 5-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçiləri “Traktor”la “Maşinsazi” də növbəti matçına çıxıb.

“Traktor” doğma meydanda “Fulad”la qarşılaşıb. Təbriz klubu bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Təbrizin digər təmsilçisi “Maşinsazi” klubu isə bu turda “Aluminium Arak”la səfər oyununda məğlubiyyətlə üzləşib – 1:4.

Beş turdan sonra 6 xalı olan “Traktor” 16 kollektiv arasında 12-ci, 1 xala malik “Maşinsazi” isə sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button