“Trabzonspor”dan daha bir transfer

Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçu ilə də gücləndirib.

Komanda.az xəbər verir ki, sözügedən klub Super Liqanın digər təmsilçisi “Kasımpaşa”dan Yusuf Ərdoğanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 3.5 illik müqaviləyə imza atan futbolçunun keçidinə görə “Kasımpaşa”ya 500 min avro ödəniləcək.

Bu mövsüm 3.5 milyon lirə məvacib alacaq Ərdoğan, gələn mövsüm 7 milyon TL qazanacaq. Sonrakı mövsümlərdə futbolçunun məvacibində artım olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button