“Trabzonspor” qapıçısını icarəyə verdi
Türkiyənin “Trabzonspor” klubu qapıçısı Arda Akbulutu “Adanaspor”a icarəyə verib.
Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
21 yaşlı qolkiper Adana təmsilçisi ilə 1.5 illik icarə müqaviləsi imzalayıb.
Arda “Trabzonspor”un öz yetirməsidir. O, bu klubun əsas komandasında 6 oyun keçirib. Ötən il “Bandırmaspor”da da icarədə olmuş qolkiper, Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin