“Barselona” Rakitiçlə Vidala əvəzləyici tapdı

“Tottenhem”in futbolçusu Tanquy Ndombele “Barselona”nın diqqət mərkəzinə düşüb.

Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. Xəbərdə, “Barselona”nın Ndombeleni Arturo Vidal və İvan Rakitiçin yerinə istədiyi bildirilir. Yayda bu iki futbolçu “Barselona”dan ayrılsa, Kataloniya təmsilçisi 23 yaşlı yarımmüdafiəçinin keçidini reallaşdıracaq.

Ndombelenin “Tottenhem”lə 2025-ci ilin yayına qədər müqaviləsi var.