“Məğlub olsaq da, futbolçularımı tərifləməliyəm” – Mourinyo

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo Premyer Liqanın 31-ci turunda “Mançester Yunayted”ə məğlub olduqları matçdan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Mourinyo, 1:3 hesabıyla uduzduqları görüşü belə şərh edib:

“Rəqib qələbə qazanmağa layiq idi. Yaxşı və keyfiyyətli oyunçuları çoxdur. Yarımmüdafiədə inanılmaz fiziki gücə sahibdirlər.

İkinci hissədə işlərimiz düz getmədi. Rəqibin qoluna reaksiya verdik, lakin sonra yenidən fərqləndilər. Məğlub olsaq da, futbolçularımı tərifləməliyəm. Onlardan heç bir şikayətim yoxdur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button