“Mançester Yunayted”ə 16,5 milyon təklif edəcəklər – Smollinq üçün

Karyerasını icarə əsasında “Roma”da davam etdirən “Mançester Yunayted”in futbolçusu Kris Smollinq daha bir klubun transfer hədəfindədir.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Tottenhem” 30 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. London klubunun “Roma” ilə icarə müqaviləsi yayda bitəcək futbolçunu transfer etmək üçün hazır olduğu bildirilir. “Roma” da futbolçunu birdəfəlik heyətinə qatmaq istəyir. Paytaxt klubu futbolçu üçün 14 milyon avroluq büdcə ayırsa da, “qırmızı şeytanlar” 20 milyon avro tələb edirlər.

“Tottenhem” ingiltərəli futbolçu üçün “Mançester Yunayted”ə 16,5 milyon funt-sterlinq təklif edəcək.

Smollinqin “Mançester Yunayted”lə müqaviləsi 2022-ci ilin iyulunadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button