“Tottenhem” İtaliya klubuna təklif göndərib

“Cenoa”nın müdafiəçisi Radu Draqusin “Tottenhem”ə keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu rumıniyalı futbolçu üçün İtaliya klubuna rəsmi təklif göndərib. Təklifin 25 milyon avro dəyərində olduğu bildirilir.

Draqusin bu mövsüm komandanın heyətində 19 matç keçirib, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button