“Arsenal”ın skautları “Fənərbaxça”nın türkiyəli futbolçusunu izləyib

“Fənərbaxça”nın müdafiəçisi Fərdi Kadıoğlu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, İngiltərənin “Arsenal” klubu futbolçunu transfer etməkdə maraqlıdır.

“Topçular”ın skautları Konfrans Liqasının “Fənərbaxça” – “Olimpiakos” matçında (1:0, penaltilər – 2:3) futbolçunu izləyiblər. İngiltərə klubunun yaxın vaxtlarda müdafiəçini transfer etmək təklifi ilə çıxış edəcəyi gözlənilir.

“Arsenal” bu həftə “Bayern”ə ümumi hesabda 2:3 uduzaraq, Çempionlar Liqasından kənarda qalıb. Mikel Artetanın yetirmələri Premyer Liqada 2-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button