Tokio-2020-də koronavirusa 10 yeni yoluxma

Tokio-2020 Yay Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayı növbəti dəfə artıb.

Komanda.az xəbər verir ki, son bir gündə daha 10 nəfərdə koronavirus aşkarlanıb. Bu barədə Təşkilat Komitəsinin mətbuat xidməti məlumat yayıb. Onlardan 2-si idmançı, digərləri isə işçilərdir.

Tokio-2020-də koronavirusa yoluxanların sayı 133-dür.

Tokio-2020 Yay Olimpiya Oyunlarına avqustun 8-də yekun vurulacaq. Daha əvvəl Təşkilat Komitəsi yoluxma artacağı təqdirdə, yarışın ləğv edilə biləcəyini açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button