Tokio-2020: Braziliya millisinə 38 yaşlı futbolçu çağırıldı, Neymar kənarda qaldı

Futbol üzrə Braziliya millisinin Tokio-2020 üçün heyəti açıqlanıb.

Komanda.az xəbər verir ki, olimpiya yığmasının baş məşqçisi Andre Jardin heyətə 22 oyunçu dəvət edib. Bu barədə Braziliya Futbol Konfederasiyasının rəsmi saytı məlumat yayıb.

Braziliyanın olimpiya millisinə “San Paulu”da çıxış edən 38 yaşlı Daniel Alveş, İngiltərə “Everton”undan Riçarlison və “Arsenal”dan Qabriel Martinelli də çağırılıb.

Fransanın PSJ klubunda çıxış edən Neymar isə olimpiadada olmayacaq.

Tokio olimpiadası 23 iyul-8 avqustda keçiriləcək. Braziliya millisi F qrupunda Çin, Zambiya və Niderlandla mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button