Emil Balayev – 540 dəqiqə

“Tobol”da çıxış edən Azərbaycan millisinin üzvü Emil Balayev ölkə çempionatında ən çox “quru seriya”ya malik qapıçı olub.

Komanda.az xəbər verir ki, bu barədə “Tobol” klubunun rəsmi saytı məlumat yayıb. Balayev, 540 dəqiqədir ki, “çərçivə”ni toxunulmaz saxlayır. O, bu göstəriciyə görə hazırda Qazaxıstan Premyer Liqasında iştirak edən qapıçılar arasında 1-ci yerdədir.

Balayevin ən yaxın izləyicisi “Jetisu” klubunun qapıçısı Almat Bekbaevdir. Bekbaev 310 dəqiqədir ki, qapısını toxunulmaz saxlayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button