“Titul qazandığım üçün üzr istəməyəcəm” – Müller

“Bayern”in hücumçusu Tomas Müller Almaniya Bundesliqasında çempion olmağa görə hisslərini dilə gətirib.

Komanda.az xəbər verir ki, almaniyalı futbolçu “tvitter” hesabındakı paylaşımında çempionluq sevincinə görə üzr istəməyəcəyini bildirib. O, Bundesliqada qalib gələ bilməyən rəqiblərinə görə təəssüfləndiyini də qeyd edib:

“Mən titul qazandığım və buna sevindiyim üçün üzr istəməyəcəm. Başqalarını – rəqiblərimizi düşünəndə onlara yazığım gəlir. Əslində, mən çox sentimental görünmək istəmirəm, amma başa düşürəm ki, onlar üçün çox çətindir”.

“Bayern” ardıcıl 11-ci dəfə Almaniya çempionu olub. Bu mövsüm “Borussiya” (Dortmund) ilə çempionluq intriqası münhenlilərin titul qazana bildiyi son tura qədər davam edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button