“Tetenin transferi qanunidir!” – “Qalatasaray”ın prezidenti

“Qalatasaray”ın prezidenti Dursun Özbək “Şaxtyor”un baş direktoru Sergey Palkinin komandanın vingeri Tetenin Türkiyə klubuna transferi sayəsində “Lion”un yersiz qazanc əldə etdiyi haqda sözlərinə cavab verib.

Komanda.az “Milliyet” nəşrinə istinadən xəbər verir ki, Özbək, braziliyalı futbolçunun transferinin tamamilə qanuni olduğunu bildirib:

“Şaxtyor”dan açıqlama? Tetenin transferi ilə bağlı hüquqi cəhətdən müvafiq qurumlardan nəticə almışıq. Tetenin transferi qanunidir! Belə olmasaydı, Türkiyə Futbol Federasiyası onun oynamasına icazə verməzdi”.

“Lion” Teteni “Şaxtyor”dan icarəyə götürmüşdü. 2023-cü ilin yanvarında isə Fransa klubu braziliyalı futbolçunu “Lester”ə icarəyə vermişdi. Mövsümün sonunda Tete Kiyevə gedib və daha sonra “Qalatasaray”a keçib. Baxmayaraq ki, onun klubla müqaviləsi ilin sonuna qədər qüvvədə idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button