“Düşünürəm ki, son illər yaxşı çıxış edirəm”

“Barselona”nın və Almaniya millisinin üzvü Mark-Andre ter Ştegen “Bayern”in qapıçısı Manuel Noyer barədə danışıb.

Komanda.az “Kicker”-ə istinadən xəbər verir ki, o, Noyerin zədələnməsindən sonra milli komandanın əsas qapıçısı olmağa hazır olduğunu deyib:

“İndi Noyer zədəlidir. Onun tezliklə sağalmasını arzulayıram.

Düşünürəm ki, son illər yaxşı çıxış edirəm. Milli komandada növbəti addımı atmağa hazıram. Məqsədim “Barselona” və Almaniya yığmasında bir nömrə olmaqdır.

Ən yaxşı oyunumu nümayiş etdirmək və komandaya kömək etmək üçün hər şeyi edəcəm. Bu, mənim növbəti məqsədimdir. Millinin vacib oyunçusu olmaq istəyirəm”.

Ter Ştegen “Noyer zədəsini bərpa etdikdən sonra əvvəlki səviyyəsinə qayıda bilərmi” sualını belə cavablandırıb:

“Ona əvvəlki səviyyəyə qayıtmasını arzu edirəm. Çünki o, əla qapıçıdır. Ümid edirəm ki, tezliklə sağalacaq və daha güclü qayıdacaq. Zədələndikdən sonra ona mesaj yazdım və o, mənə cavab verdi”.

Noyerin DÇ-2022-dən sonra xizək sürən zaman ayağı sınıb. O, bu səbəbdən, ən azı cari mövsümün sonuna qədər sıradan çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button