Tanınmış futbolçu karyerasını başa vurdu

İngiltərə millisinin sabiq futbolçusu Şon Rayt-Fillips karyerasını rəsmən başa vurub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bunu 37 yaşlı oyunçu özü açıqlayıb.

İki ildi klubsuz qalan Fillips artıq futboldan birdəfəlik getmək qərarına gəlib. Onun son komandası “Finiks” olub.

Karyerası ərzində “Mançester Siti”, “Çelsi” kimi klubların da formasını geyinmiş Şon Rayt-Fillips, ölkədaxili kubokların hamısını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button