Təxirə salınan 2 oyunun vaxtı müəyyənləşib

Qadın voleybolçular arasında Azərbaycan çempionatında təxirə salınan 5-ci turun iki oyununun vaxtı müəyyənləşib.

Komanda.az xəbər verir ki, noyabrın 7-də baş tutmalı olan UNEC – “Milli Aviasiya Akademiyası” matçı ayın 18-nə, “Gəncə” – “Murov Az Terminal” qarşılaşması isə 21-nə təyin edilib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində UNEC ilə debütant “Milli Aviasiya Akamediyası” arasında baş tutacaq oyuna saat 16:00-da start veriləcək.

“Gəncə” isə doğma meydanda “Murov Az Terminal”ı qəlub edəcək. Gəncə Olimpiya İdman Kompleksində təşkil olunacaq matç saat 18:00-da başlayacaq.

Noyabrın əvvəllərində Azərbaycanda səfərdə olan Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiç, CEV-in vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanevlə bir sıra görüş və tədbirlərin keçirilməsi səbəbindən 5-ci turun 2 oyunu təxirə salınmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button