Təmkin Xəlilzadə üçün əlamətdar oyun

Təmkin Xəlilzadə Azərbaycan Premyer Liqasında 150-ci matçını keçirib.

Komanda.az xəbər verir ki, 18-ci turun “Neftçi”yə qarşı səfər görüşü (1:2) “Sabah”ın yarımmüdafiəçisi üçün əlamətdar olub. O, yubileyi vurduğu qolla qeyd edib.

Çempionatda 2013/14 mövsümündə “Qarabağ”ın (4 oyun) heyətində debüt edən futbolçu AZAL (22 oyun), “Zirə” (68 oyun, 5 qol) və “Qəbələ”də (23 oyun, 1 oyun) də oynayıb.

Təmkin “Sabah”da 33-cü matçında ilk topunu vurub. O, bu müddətdə ümumilikdə 7 qol vurub.