Super Liqada ilk overtaym

Basketbol üzrə Azərbaycan Super Liqasında 17-ci turun görüşləri keçirilib.

Komanda.az xəbər verir ki, turun bütün qarşılaşmaları Azərbaycan Texniki Universtitetinin basketbol arenasında baş tutub.

Lider “Zirvə Astara” bu dəfə “Sərkərdə” üzərində çətin qələbəyə sevinib.

Turun ən möhtəşəm qarşılaşması isə “Atletik”lə “80-lər” arasında keçirilib. Natamam heyətlə mübarizə aparan “80-lər” “atletlər”ə inanılmaz dirəniş göstərib. Xala-xal gedən qarşılaşma 76:76 hesabı ilə yekunlaşaraq əlavə vaxta keçib. Overtaymın axırında isə Bəxtiyar Ələkbərov (“80-lər”) 5 fol alaraq meydanı tərk edib və “Atletik” məğlubiyyətdən qurtularaq çox çətin qələbə qazanıb.

Azərbaycan Super Liqası, 17-ci tur

Zirvə Astara – Sərkərdə 116:112 (29:32, 28:23, 36:25, 23:32)

Xırdalan – Gəncə 73-76 (17:19, 25:14, 12:23, 19:20)

Atletik – 80-lər 90:85 (18:23, 23:16, 14:25, 21:12, 14:9)

Atom – Sıçrayış 84-62 (20:13, 29:14, 16:20, 17:15)

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button