Super Liqada daha 3 futbolçuda koronavirus aşkarlandı

Türkiyə Super Liqasında mübarizə aparan “Kasımpaşa” və “Trabzonspor” klublarında koronavirusa yeni yoluxma halları qeydə alınıb.

Komanda.az xəbər verir ki, bu barədə sözügedən klubların mətbuat xidmətləri məlumat yayıb. “Kasımpaşa”da 2 oyunçunun koronavirus testi müsbət nəticə veribsə, “Trabzonspor”da bir futbolçu virusa yoluxub. Həmin oyunçular dərhal karantinə alınıblar.

Qeyd edək ki, koronavirus aşkarlanan futbolçuların adı ictimaiyyətə açıqlanmır.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button