Super Liqa klubundan daha iki transfer

Türkiyənin “Antalyaspor” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Ankaraspor”dan müdafiəçi Ali Eren İyicanı, “Beşiktaş”dan isə qapıçı Doğukan Özkanı transfer edib.

Bu barədə Antalya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu ilə 5 illik müqavilə imzalanıb.

20 yaşlı Doğukan Özkan “Beşiktaş”ın öz yetirməsi idi. Lakin o, klubun əsas komandasında debüt şansı qazanmamışdı. 21 yaşlı Ali Erenin də peşəkar kareyrası yalnız “Ankaraspor”la bağlıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button