Super Liqa klubuna transfer qadağası qoyuldu

UEFA Türkiyənin “Ankaragücü” klubuna transfer qadağası qoyub.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqada çıxış edən paytaxt təmsilçisinin prezidenti Fatih Mert yerli mətbuata açıqlamasında deyib.

O bildirib ki, əvvəlki dövrdən qalan iki sənədin xəbərdarlıq müddəti bitmək üzrədir və bu səbəbdən klub cəza ilə üzləşib.

Mert bütün klublar kimi sponsor tapmaqda çətinlik çəkdiklərini sözlərinə əlavə edib: “Bunları həll etməyə çalışacağıq, başqa seçimimiz yoxdur. Həll edə bilməsək, indiki heyətimizlə oynayacağıq”.

Qeyd edək ki, “Ankaragücü” Super Liqada bu mövsüm keçirdiyi 14 oyunda 12 xal toplayıb və 21 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button