Super Liqa klubu braziliyalı oyunçu ilə gücləndi

Türkiyənin “Gənclərbirliyi” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi braziliyalı Dieqo Angelonu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 34 yaşlı müdafiəçi ilə iki illik müqavilə imzalanıb.

Angelo 2010-cu ildən etibarən oynadığı Türkiyədə “Əskişəhərspor, “Antalyaspor” və “Kayserispor”da da forma geyinib. O, daha öncə “Santos”, “İtuano” və “Naval”da oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button