“Sumqayıt”ın futbolçusu əməliyyat olunub – Mövsümün qalan hissəsini buraxacaq

Azərbaycan Premyer Liqasının 21-ci turunda “Qəbələ” ilə matçda zədələnən “Sumqayıt”ın futbolçusu Roi Kehat əməliyyat olunub.

Bu barədə Komanda.az-a klubdan məlumat verilib.

Cərrahi müdaxilə yarımmüdafiəçinin vətəni İsraildə baş tutub.

Oyunçuya axill vətərinin dabana qədər tam yırtığı diaqnozu qoyulub. Roi Kehat təxminən bir ay sonra fizioterapevt müşayiəti ilə mərhələli şəkildə reabilitasiya prosesinə start verəcək.

O, ən azı mövsümün sonuna qədər komandaya kömək edə bilməyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button