“Sumqayıt”dan gözəl təəssüratlarla ayrılıram” – Saşa İliç

Azərbaycan Premyer Liqasının son turunda “Sumqayıt” doğma meydanda “Qarabağ”a 3:4 hesabı ilə məğlub olub.

Komanda.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Sumqayıt”ın baş məşqçisi Saşa İliç bunları söyləyib:

“Maraqlı bir oyun alındığını düşünürəm. Çox qol vuruldu və bir o qədər də qol epizodları ilə yadda qalan bir matç oldu. Yenə də, səhvlərimizdən qollar buraxdıq.

Buranın insanları çox gözəldir. “Sumqayıt”dan ayrılsam da, gözəl təəssüratlarla ayrılıram. “Sumqayıt” “top klub” olmasa da, çalışdıq ki, daha yaxşı yerlərdə olaq. Müqaviləm başa çatır, lakin yenə də rəhbərliklə bu barədə danışığımız olacaq. Komandada dəyişikliyə ehtiyac var. Hazırkı futbolçuların pis olduğunu demirəm, ancaq reallıq var. Səviyyəli komanda yaratmaq istəyiriksə, səhvlər minimum olmalıdır.

Futbolda çoxlu situasiyalar olur. “Lester” bir vaxt çempion idi, bu mövsüm Çempionşipdən də düşdülər. Bu mövsüm kifayət qədər xallar itirdik, bəzi matçlarda yaxşı oynayan tərəf olsaq da, nəticə qazanmaqda çətinlik çəkdik. Səhvlər minimuma enərsə, nəticə qazanmaq olar”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button