“Sumqayıt”dan ayrılan futbolçu: “İki il əvvəl Azərbaycana getmək istədiyimi soruşsaydılar…”

“İki il əvvəl Azərbaycana getmək istədiyimi soruşsaydılar, dəli olduqlarını deyərdim”.

Komanda.az xəbər verir ki, bu sözlər qış transfer dönəmində “Sumqayıt”dan ayrılan portuqaliyalı futbolçu Filipe Çabiyə məxsusdur.

Portuqaliyanın “Belenenseş” klubu ilə müqavilə imzalayan 29 yaşlı yarımmüdafiəçi “Instagram” hesabı vasitəsilə “Sumqayıt”la vidalaşıb. O, klub rəhbərliyinə təşəkkür edib:

“Yaxşı təcrübə oldu. Azərbaycan təklif edə biləcəyim, çox şeyə sahib fantastik ölkədir. Həmçinin, əla şəraitə malik klubla və özümü rahat hiss etməyim üçün hər şeyi edən inanılmaz insanlarla tanış oldum. Mənə komandanın bir parçası olmaq, Portuqaliyadan kənarda ilk təcrübəmi yaşamaq imkanı verdiyi üçün “Sumqayıt”ın prezidenti Riad Rəfiyevə təşəkkür edirəm. Orada xoşbəxt olmağım üçün hər cür şərait yaratdılar. Ancaq indi vidalaşmaq və başqa macəraya başlamaq vaxtıdır. Təşəkkürlər, “Sumqayıt”.

“Sumqayıt”a keçən ilin yayında “Sportinq”dən keçən Filipe Çabi mövsümün ilk yarısında Premyer Liqada 15 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button