Sumqayıtda ara qarışdı
“Zirə” Azərbaycan Premyer Liqasının 16-cı turunda “Sumqayıt”la qarşılaşır.
Komanda.az xəbər verir ki, 1:1 hesabıyla davam edən qarşılaşmanın 36-cı dəqiqəsində rəqibinə sərt müdaxilə edən İlkin Muradov 2-ci sarı vərəqəni alaraq, meydandan qovulub.
Hakimin qərarıyla razılaşmayan “Zirə”li futbolçular etirazını bildirib. Bu zaman məsələyə “Sumqayıt”ın futbolçuları da qarışıb. “Zirə”dən Cavid Hüseynov, “Sumqayıt”dan isə Əmir Ağayev və Peyman Babayi mübahisə etdikləri üçün sarı vərəqə ilə cəzalanıb.



Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin