“Sumqayıt” növbəti transferini açıqladı

“Sumqayıt” növbəti transferini açıqlayıb.

Komanda.az xəbər verir ki, Elvin Məmmədov da karyerasını “kimyaçılar”da davam etdirəcək. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Ötən mövsümün gedişində “Zirə”dən ayrılan 32 yaşlı yarımmüdafiəçi “gənclik şəhəri” təmsilçisi ilə 1 illik müqavilə bağlayıb. O, “Zirə”dən gələn digər oyunçu Tellur Mütəllimovdan sonra yay fasiləsində “Sumqayıt”a keçən ikinci futbolçu olub.

2018/19 mövsümündə “Sumqayıt”da oynamış (15 oyun, 2 qol) Elvin Məmmədov “Zirə” (50 oyun 5 qol) ilə yanaşı, “Turan” (47 oyun, 3 qol), “İnter” (52 oyun, 5 qol), “Qarabağ” (70 oyun, 3 qol), “Bakı” (73 oyun, 3 qol) və “Qəbələ”nin (11 oyun, 2 qol) də formasını geyinib. 2008-ci ildə ilk dəfə əsas milliyə dəvət alan Elvin yığmamızın heyətində 37 qarşılaşmada 7 qola imza atıb.

Qeyd edək ki, 2019/20 mövsümünü Premyer Liqada 4-cü pillədə bitirən “Sumqayıt” Avropa Liqasında ölkəmizi təmsil edəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button