Araz Abdullayev “Sumqayıt”la müqavilə imzaladı

“Sumqayıt” klubu dövrələrarası fasilədə daha bir futbolçunu heyətinə cəlb edib.

Komanda.az xəbər verir ki, son olaraq Kiprin “Etnikos” klubunda çıxış etmiş Araz Abdullayevlə 6 ay+2 il şərti ilə müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Abdullayev “Sumqayıt”da 78 nömrəli formada çıxış edəcək.

Araz Abdullayev son klubu olan “Etnikos”da meydana çıxdığı 12 qarşılaşmada 3 məhsuldar ötürmə ilə yadda qalıb. 29 yaşlı yarımmüdafiəçi “Neftçi”, “Panionios”, “Qəbələ”, “Anortosis”, “Qarabağ” və “Boluspor” kimi klubların uğurları üçün də çalışıb.