“Sumqayıt”ın zədəliləri sağaldı

“Sumqayıt” klubu bu gündən etibarən “Qarabağ”la oyunun hazırlıqlarına start verib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, zədəsini sağaldan Vüqar Mustafayev və Şəhriyar Əliyev kollektivlə birgə məşqlərə başlayıb. Bundan başqa, əvəzedici heyətin bir neçə futbolçusu da hazırlıqlara cəlb olunub.

1.5 saat davam edən hazırlıq prosesinin ilk hissəsində fiziki gücün artırılması yönündə məşqlər edilib. Daha sonra, müxtəlif toplu çalışmalar icra edilən məşqə ikitərəfli oyunla yekun vurulub.

“Qarabağ” – “Sumqayıt” matçı fevralın 23-də, saat 18:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button