“Sumqayıt” cərimə olundu

AFFA İntizam Komitəsi “Sumqayıt”ı 2300 manat cərimələyib.

Komanda.az xəbər verir ki, Sumqayıt təmsilçisi Premyer Liqanın 23-cü turunda qolsuz başa çatan “Turan Tovuz”la matçın 4 dəqiqə gec başlamasına görə 1500 manat ziyana düşüb.

Komanda meydana gec çıxdığı üçün qarşılaşma yubanıb. Görüşdə meydana kənar şəxsin daxil olmasına görə isə klub 800 manat ödəyəcək.

İntizam Komitəsi “Kəpəz” klubunu 700 manat cərimələyib. Gəncə təmsilçisinin 5 futbolçusu “Sabah”a 2:3 hesabı ilə uduzduqları matçda sarı vərəqə ilə cəzalandırılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button