Luis Suaresi gözləyən klublar

Bir neçə klub uruqvaylı hücumçu Luis Suareslə müqavilə imzalamaqda maraqlıdır.

Komanda.az “The Mirror”-a istinadən xəbər verir ki, Uruqvay “Nasional”ının hücumçusu uğrunda İngiltərənin “Aston Villa” və “Vulverhempton”, Niderlandın “Ayaks”, Fransanın “Nitsa” və “Marsel” klubları mübarizə aparacaq. Klublar Suares azad agentə çevrildiyi anda onunla müqavilə bağlamaq niyyətindədir.

Luis Suares 2022-ci ilin yayında “Nasional”a keçib. Bundan əvvəl onun “Atletiko” ilə müqaviləsi başa çatmışdı. Uruqvaylı futbolçu DÇ-2022 öncəsi formada qalmaq üçün doğma klubuna qayıtmaq qərarına gəlib. O, əvvəllər “Barselona”, “Liverpul” və “Ayaks”da da çıxış edib.

Bizi Telegramda izləyin