“Barselona”nın futbolçusu Gündoğanla Arauxo arasındakı insidentdən danışdı

“Barselona”nın müdafiəçisi Jül Kunde UEFA Çempionlar Liqasının 1/4 finalında PSJ ilə cavab oyunundan (1:4) sonra komanda yoldaşları İlkay Gündoğan və Ronald Arauxo arasında yaranan münaqişə ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az DAZN-a istinadən xəbər verir ki, fransalı futbolçu həm məğlubiyyətdə, həm də qələbədə həmişə bir olacaqlarını bildirib:

“Paltardəyişmə otağında hər şey yaxşıdır. Biz aramızda danışıb bu məsələni bağladıq. Düşünürəm ki, Gündoğan Arauxonu günahlandırmaq istəməyib. Ronald bunu başa düşdü, ona görə də münaqişə bitdi. Biz həm məğlubiyyətdə, həm də qələbədə həmişə bir olacağıq”.

İlk hissənin ortalarında Arauxo son ümid fouluna görə qırmızı vərəqə almışdı. Bundan sonra “Barselona” 4 qol buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button