“Seltik” baş məşqçisi ilə yollarını ayırdı

Şotlandiyanın “Seltik” klubu baş məşqçisi Nil Lennonla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Qlazqo təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Lennonun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. 49 yaşlı mütəxəssisin göndərilməsinə səbəb komandanın çempionatdakı uğursuz çıxışıdır. “Seltik”i müvəqqəti olaraq Lennonun köməkçisi Con Kennedi çalışdıracaq.

“Seltik” Şotlandiya Premyer Liqasında 64 xalla 2-ci sıradadır. Lider “Reyncers”in isə 82 xalı var.

Lennon 2019-cu ilin mayından “Seltik”i çalışdırırdı.