“Bizi hansı təhlükənin gözlədiyini bilirik” – “Aberdin”in futbolçusu

Şotlandiyanın “Aberdin” komandasının futbolçusu Funso Oyo Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunu ilə bağlı fikirlərini bildirib.

Komanda.az “eveningexpress.co.uk” saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi, qrup mərhələsinə vəsiqə qazanacaqlarına inandığını deyib:

“Komanda bundan 14 il əvvəl avrokuboklarda qrup mərhələsində çıxış edib. Bizi hansı təhlükənin gözlədiyini bilirik. Klub prezidenti və azarkeşlər bizdən yaxşı nəticə tələb edir.

İlk oyunda 0:1 hesabıyla məğlub olduq, amma şərtlərə baxanda, pis nəticə demək olmaz. Hava isti idi və belə meydançada oynamaq çətin oldu.

“Qarabağ” yaxşı komandadır. Onlar da qrup mərhələsinə vəsiqə qazanmaq istəyir. Azarkeşlərimizin qarşısında yaxşı oyun sərgiləyib, istədiyimiz nəticəni əldə edəcəyimizə inanıram”.

“Aberdin” – “Qarabağ” matçı avqustun 26-da keçiriləcək. Komandalar arasında Bakıda baş tutan ilk görüşdə “Qarabağ” 1:0 hesablı qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button