Ferqyusona heykəl qoyulacaq

Şotlandiyanın “Aberdin” klubu 1978-1986-cı illərdə komandanı çalışdırmış Aleks Ferqyusona heykəl qoyacaq.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ferqyusonun bürünc heykəli “Aberdin”in stadionunun ərazisində qoyulacaq.

Ferqyuson “Aberdin”lə 1979/1980 mövsümündə Şotlandiya çempionatının qalibi olub. Şotland mütəxəssis 1986-2013-cü illər aralığında isə İngiltərənin “Mançester Yunayted” komandasını çalışdırıb.