Sonuncu yarımfinalçı bəlli oldu

Fransa kubokunun 1/4 final mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə bir oyun baş tutub.

Lion “Olimpik”i evdə “Lans”la qarşılaşıb. Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib. Bu üzdən penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Lans” sonuncu yarımfinalçı olub.

Yarımfinalda “Lans” “Tuluza” ilə, “Strasburq” “Nitsa” ilə qarşılaşacaq.

Fransa kuboku
1/4 final

5 mart

Olimpik (Lion) – Lans 2:2 (penaltilər 4:5)
Qollar
: Yaremçuk, 67. Himbert, 90+4 – Toven, 23. Sima, 45+1.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button